26.09.2019, 21:12

Sadə bacarıqlar nədir?

Proqramçı olmaq üçün təkcə texniki biliklər kifayət deyil.

Sadə bacarıqların inkişafı üzərində də işləmək lazımdır.

Texniki bilik və bacarıqlar “texnoloji” bacarıqlar kimi qəbul olunur. Başqaları ilə ortaq dil tapmaq, birlikdə işləmək, təqdimat etmək, ictimaiyyət qarşısında danışmaq və s. isə “sadə” bacarıqlardır.

IBA Tech-də Siz bu bacarıqlarınızı da inkişaf etdirəcəksiniz.

Bunun üçün yadda saxlamağınızda fayda var:

🔹Müəllimləriniz və sinif yoldaşlarınızla ortaq dil tapmağa, obyektiv rəyləri dinləməyə çalışmalısınız.

🔹Mentor və kurs koordinatoru ilə daim əməkdaşlıq etməyiniz lazımdır. Tədris zamanı ortaya çıxan anlaşılmazlıqların həllində onlar Sizə kömək göstərəcəklər. Bir çox suallarınızı köməkçilərlə də aydınlaşdıra bilərsiniz.

🔹Qrup yoldaşlarınızla birgə çalışın. Bu, gələcək karyeranız üçün çox faydalı əməkdaşlıq vərdişləri formalaşdıracaq.

🔹Özünüzü təqdim etməyi öyrənin. Düşüncələrinizi aydın formalaşdırın. Diqqət yönəldə biləcəyiniz bir neçə əsas məqamı müəyyən edin. Çıxış zamanı qorxularınıza qalib gəlin. Unutmayın ki, birlikdə oxuduğunuz tələbələr də sizin kimidir. Onlarla açıq olun.

IBA Tech-ə güvənin, akademiya sizin fərqli bacarıqlarınızı inkişaf etdirəcək.

Yüksək texnologiyalar nəslinə Siz də qoşulun!