03.12.2019, 10:23

Alqoritmlər nədir və nə üçün lazımdır?

Alqoritm – verilmiş hər hansı tip məsələnin həlli üçün yerinə yetiriləcək əməliyyatlar ardıcıllığıdır.
Alqoritm kompüter elminin əsasını təşkil edir. O olmadan uğurla proqramlaşdırma aparmaq mümkün deyil.
Buna görə də proqramlaşdırma dillərini öyrənmək və developer olmaq üçün alqoritmləri ayrıca öyrənmək lazımdır.
Bizim akademiyadakı proqramımızda bu modul da yer alıb.
İntensiv bootcamp təlimlərimizdə Frontend və Backend haqqında əldə etdiyimiz biliklər istənilən texnologiyanın gələcək inkişafı üçün güclü texniki baza rolunu oynayacaq.
Bu modul Java texnologiyaları ilə paralel öyrənilir. Bu isə o deməkdir ki, BackEnd-də tələbələrimiz alqoritmlərlə bağlı daha çox bilik qazanacaqlar.

Dərslərimizdə tələbələr əsas alqoritmlər və məlumat strukturları, sadə və növləşdirilmiş massivlər, dinamik proqramlaşdırma, keşləmə alqoritmləri və s. barədə məlumatlar əldə edəcəklər.
Tələbələrimizin bu blokdan qazanacaqları ən vacib nəticə – tamamlandıqdan sonra proqramların fəaliyyətini analiz etmək, yəni kodun öz funksiyalarını yerinə yetirdiyini müəyyənləşdirməkdir.
Əvvəlcə bunu anlamaq çətindir, amma tədricən tələbələrimiz hər şeyi öyrənəcəklər.
Proqramımızın bu qədər zənginliyi ilə qürur duyuruq.