03.12.2019, 10:22

HTML və CSS haqqında bilmədikləriniz

HTML (Hypertext Markup Language) – brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır. O, veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir.

CSS (Cascading Style Sheets) – sənədin xarici görünüşünün, işarələmə dilinin istifadəsi ilə yazılmış, formal təsvir dilidir. Onun köməyi ilə dizayner stil və Web-səhifədəki hər bir element üzərində tam idarəçiliyə malik olur.

HTML və CSS proqramlaşdırma dilləri deyil. Onlar mətnlərin formata salınması üçün nəzərdə tutulur.

Bunları bilmək nədən ötrü vacibdir?
🔹Bir veb saytı hazırlamaqdan ötrü həm HTML, həm də CSS-dən istifadə etməlisiniz. Hazırda hər bir şirkətin veb sayta və proqramçıya ehtiyacının olduğunu nəzərə alsaq, proqramçının hər iki texnologiyanı öyrənməsində fayda var.
🔹Frontend developer üçün ilk növbədə kodlaşdırma lazımdır. Çünki Frontend xarici məzmunu yaradır.
🔹Backend developer isə veb saytın necə işlədiyini anlamaqdan ötrü funksional dilləri bilməlidir.
🔹HTML və CSS, inkişaf etməyə, kreativ düşünməyə kömək göstərir.
IBA Tech Academy səhifəsini izləyin, maraqlı və faydalı məlumatlardan xəbərdar olun.