03.12.2019, 10:24

JavaScript-i öyrənmək üçün 5 ən yaxşı kitab?

Sizinlə 5 maraqlı kitabı paylaşmaq istəyirik.
Ümidvarıq ki, onlar həm yeni başlayan proqramçılar, həm də tələbələrimiz üçün faydalı olacaq.

🔹Nick Morgan “JavaScript for Kids: A Playful Introduction to Programming”.
Bu, yeni başlayan proqramçılar üçün əla kitabdır. Bu kitabda veb səhifədəki massivlər, dövrələr, elementlərin idarə edilməsi üzrə proqramlaşdırma əsaslarının klassik tədrisi haqqında məlumat var. Həmçinin “Treasure Hunt”, “Hangman” və “Snake” onlayn oyunlarının proqramlaşdırma nümunələri bu kitabda özünə yer alıb.
🔹Илья Кантор – “Современный учебник JavaScript”.
Bu kitabda müasir JavaScript-in bütün incəliklərini və xüsusiyyətlərini ətraflı təsvir edilir. JavaScript-in əsasları, məlumat strukturları, obyektlərin qapanması, obyektə yönəlmiş proqramlaşdırmanın standart tədrisindən əlavə siz həmçinin daha qabaqcıl mövzuları öyrənəcəksiniz: iteratorları, Promis-ləri, generatorları, modulları, hadisələri, qrafik komponentlərin yaradılmasını, müntəzəm ifadələri, animasiyaları, AJAX-ı, optimizasiyanı və s.
🔹David Flanagan “JavaScript: The Definitive Guide”.
JS üzrə ən dolğun bələdçi hesab edilir. İlk dəfə oxuyanda kitab bir az mürəkkəb görünə bilər. Ancaq bir müddət sonra materialı daha dərindən anlamaq üçün kitabı yenidən oxumaq lazımdır. JavaScript dünyasında təhsil almaq üçün bu kitab mütləqdir.
🔹Kyle Simpson “You don’t know JS”.
Bu, əslində JavaScript üzrə kiçik kitablardır. Bu da həmin silsiləyə daxil olan kitablar siyahısı: «Up & Going», «Scope & Closures», «this & Object Prototypes», «Types & Grammar», «Async & Performance», «ES6 & Beyond». JavaScript-in ən mürəkkəb hissələrini daha dərindən anlamaq və dərk etmək üçün bu kitablar idealdır.
🔹Michael McMillan “Data Structures and Algorithms with JavaScript”.
Kitabda alqoritmlər və məlumat strukturları açıqlanır. Kitab ətraflı və çoxsaylı kod nümunələri ilə əsas məlumat quruluşlarını, onlardan istifadə qaydalarını ortaya qoyur.