03.12.2019, 10:24

Self-branding üçün nə etmək lazımdır?

Son zamanlar peşəkar IT sferasında self-branding mövzusu müzakirə olunmağa başladı. Texniki sahənin mütəxəssisinə şəxsi brend lazımdırmı?

Cavabımız: müasir dünyada hər kəsin şəxsi brendə ehtiyacı var. Əvvəlcə bunun nə olduğunu anlayaq.
Üç anlayış var: nüfuz, tanınma və brend. Layihələrdə və karyerada irəliləyərək nüfuz qazanırsınız. Bu faktorlar həmkarlarınız arasında Sizə müəyyən bir şöhrət qazandırır.
Lakin şəxsi brend birbaşa özünüz haqqında dediklərinizdən asılıdır. Bunun üzərində necə işləmək lazımdır?

🔹Portfolio yığın. Bütün layihələriniz təcrübənizin təsdiqidir. Portfolionu yığıb resursa yükləmək lazımdır, məsələn şəxsi sayta (WordPress) və ya Behance, Brushed, Webflow və s. kimi xüsusi platformalara.
🔹Şəxsi sosial şəbəkələr. Potensial müştərilər və ya işə götürənlər gələcək işçilərini həm də sosial şəbəkələr vasitəsilə axtarırlar. Keyfiyyətli təqdimat şəkillərini yükləyin, iş təcrübəsi, səyahətlər, həyat, peşənizlə maraqlandığınız səhifələrdə təəssüratlarınızı bölüşün.
🔹LinkedIn-də bir səhifə yaradın. Bu, iş və təcrübə mübadiləsi üçün bir sosial şəbəkədir. Orada nailiyyətlərinizi bölüşə bilərsiniz.
🔹Vebinarlarda, seminarlarda, konfranslarda iştirak edin. Nə qədər çox öyrənsəniz, işinizdə daha çox irəli gedəcəksiniz. Üstəlik, təəssüratlarınızı sosial şəbəkələrdə paylaşa və tədbirin özündə də öz sahənizdən olan insanlarla tanış ola bilərsiniz.
🔹Daim öyrənin. Kursları bitirmək kifayət deyil, peşəniz üzrə yeniliklərə maraq göstərməkdə davam etməlisiniz. GitHub, Habr platformalarındakı müzakirələrdə aktiv iştirak kömək göstərəcək.
🔹Ən son xəbərlər və trendlərdən xəbərdar olun. Texnologiyalar üzrə ən azı 5 yaxşı xəbər saytını özünüz üçün seçin və gündəlik izləyin.
Unutmayın ki, şəxsi brendin inkişafı – və yuxarıda təsvir olunan bir neçə addım – sadə bacarıqların inkişafı üçün köməkdir.
Onlara kifayət qədər diqqət yetirin və özünüzü tanıtmaqdan çəkinməyin.