11.12.2019, 13:43

Spring Framework haqqında

Spring Framework – Java platforması üçün universal açıq kodla freymvorkdur.
Java developerlərin də ən sevilən freymvorkudur, çünki mobil tətbiqlərin tərtibində böyük bir sərbəstlik verir. Quruluş üzərində işləməyə imkan yaradır.
Bundan əlavə, korporativ miqyaslı tətbiqlər yaratdıqda yaranan problemlərin asan vasitələrlə həllini təmin edir.
Spring-in xüsusiyyətləri hər hansı bir Java tətbiqetməsində tətbiq olunur. Bu səbəbdən Spring developerlər tərəfindən strateji əhəmiyyətli freymvork olaraq tanınır.
Spring Java developerlər və təşkilatların qarşılaşdıqları problemlərin bir çoxunu həll edir.

Bu freymvorkun digərlərindən üstün cəhətləri nədir və necə işləyir?
🔹Spring yüngül proqram modelləri ilə mürəkkəb iş tətbiqetmələrini səmərəli şəkildə inkişaf etdirmək üçün tələb olunan xüsusiyyətlərin mənbəyi kimi yaxşı tanınıb.
🔹Ardıcıl bir tətbiq modelini yaratmağa kömək edir. Onu Java platformasında yaradılan əksər tətbiq növlərinə uyğunlaşdırır.
🔹Spring-in əsas məqsədi tətbiqlər üçün infrastruktur dəstəyidir: developerlər tətbiqləri quraşdırdıqları platformanın texniki detallarına deyil, yazdıqları tətbiqetmənin iş məntiqinə diqqət yetirməlidirlər.
🔹Spring freymvorkun əsas xüsusiyyəti Dependency Injection patternidir. DI zəif birləşdirilmiş siniflərin inkişafına kömək göstərir. Onları daha unversal edir.
🔹Modulların zəif əlaqəsi səbəbindən, onları sınaqdan keçirmək, developerlərin bir komanda şəklində işləməsini asanlaşdırır.
Həmçinin Spring freymvorkun bəzi digər freymvorklar və kitabxanalarla inteqrasiyası mümkündür.