19.02.2020, 17:35

React Native haqqında

JavaScript dünyanın ən populyar proqramlaşdırma dillərindən biridir. Ancaq onunla nə yaza bilərsiniz? Maraqlı layihələr yaratmaqdan ötrü başqa nədən istifadə etməlisiniz? React Native bu məsələlərdən birini həll edir.

React Native iOS və Android üçün mobil tətbiqlər yaratmaqdan ötrü JavaScript-framework’dur. O, React və istifadəçi interfeysləri yaratmaq üçün Facebook-un JavaScript kitabxanasına əsaslanır. Lakin xüsusi olaraq mobil platformalara yönəldilmişdir.

React Native Android və iOS üçün eyni vaxtda proqramlaşdırmanı asanlaşdırır. Çünki yazdığınız kodun hissələri müxtəlif platformalarda istifadə edilə bilər.

React Native tətbiqləri, JSX istifadə edərək yazılır. Daha sonra React Native, Objective-C (iOS üçün) və ya Java (Android üçün) öz API-lərinə bağlantılar yaradır. Beləliklə, tətbiqetməniz mobil interfeysin həqiqi komponentlərindən istifadə edilərək sadə bir veb-səhifə deyil, hər hansı digər mobil tətbiqetmə kimi görünəcək. React Native həmçinin platforma API-ləri üçün JavaScript interfeysləri təmin edir. Buna görə də React Native tətbiqləriniz telefonun kamerası və ya istifadəçinin yeri kimi platforma xüsusiyyətlərinə sahib ola bilər.

React Native hazırda həm iOS, həm də Android-i dəstəkləyir və genişlənmə potensialına malikdir.

Bəs hansı qlobal şirkətlər öz işlərində React Native-dən istifadə edirlər? Bunlar Facebook, Facebook Ads Manager, Instagram, Pinterest, Skype, Tesla, Uber, Walmart, Wix, Discord, Vogue və başqalarıdır. Bu kimi şirkətlərdə mobil tətbiqetmələrlə işləmək istəyirsinizsə, React Native-i öyrənməyə başlayın.