30.03.2020, 08:36

Google developerlər üçün Android 11 platformasını təqdim etdi.

Gələcəkdə mobil tətbiqlərlə məşğul olmaq istəyirsiniz? Bu zaman mobil tətbiqlər dünyasındakı yeniliklərdən xəbərdar olmaq lazımdır. Qeyd edək ki, Pixel smartfonlarında artıq Android 11-in developerlər üçün versiyasını (Android R də deyilir) yükləmək mümkündür.

Yeni texnologiyalar üçün bir sıra sistem dəyişiklikləri edilib. Yeni Android yenilənmiş 5G, qatlanan ekranlar, oyun xidmətləri üçün yenilənmiş dekodlaşdırma, yenilənmiş SHAKEN/STIR protokol dəsti, Google neyron şəbəkəsi üçün yeni API və daha çoxunu dəstəkləyir.

Əhəmiyyətli dəyişikliklərdən:

• Android 11 “dedicatedconversationsection” dəstəkləyəcək: mesaj bildirişləri digər bildirişlərdən üst siyahıda yerləşdiriləcək.

• İstifadəçilər öz yerləri ilə birdəfəlik bölüşə biləcək və beləliklə hansı tətbiqlərin onların hərəkətlərini izlədiklərindən xəbərdar olacaqlar.

• Tətbiqlərin öz yaddaşlarından kənarda daxili yaddaşa girişləri qadağan olunacaq (iPhone da olduğu kimi). Bəzi tətbiqlər üçün bu dəyişiklik kritik ola bilər.

• Android 11 müxtəlif səviyyələrdə biometrik təhlükəsizliyi tanıyacaq və istifadəçinin şəxsi sənədlərinin etibarlı saxlanmasına dəstək olacaq (məsələn, sürücülük vəsiqəsi və digər sənədlər).

Bir necə gün bundan öncə isə Android 11ci versiyasını developerlər üçün yeniləyib. Ona Preview 2 adını verib. Burada developerlər üçün daha çox maraqlı xüsusiyyətlər əlavə olunub. Məsələn, fırıldaqçılar və spamerlər tərəfindən tez-tez istifadə olunan telefon nömrəsi fırıldaqçılığının aşkarlanması texnologiyasına dəstək əlavə edilmişdir.
Kompleks ekranın açılış bucağının dəqiq müəyyənləşdirilməsi üçün dəstək inteqrasiya olunmuşdur. Tətbiq interfeysi cihazın ekranının vəziyyətindən asılı olaraq dəyişəcəkdir. Bunun sayəsində tərtibatçılar Google-un “mürəkkəb sistemlərə cavab verən interfeys” adlandırdığını yarada biləcəklər. Axı bildiyiniz kimi, qatlanan sensor ekranları olan ilk smartfonlar satışa çıxıb. Mütəxəssislərin fikrincə, məhz onlar noutbuklarsız və planşetlərsiz gələcəyə aparacaqlar.