29.04.2020, 17:14

Top 5 Data Analitika vasitələri

Data Analitikası sahəsi sürətlə inkişaf edir. Verilənlərlə iş üçün bir çox müxtəlif vasitələr ortaya çıxır. Buna görə, fərqli reytinq siyahıları geniş çeşiddə məhsullar təklif edir. Bəs hansını seçməli?

Bu suala cavab vermək üçün 10 fərqli reytinq siyahısını araşdırdıq. Ən çox rast gəldiyimiz 5 Data Analitika vasitələrini topladıq:

1. Tableau məlumatların vizuallaşdırılması vasitəsidir. Onu digər platformalardan fərqləndirən sadəliyidir. Məhz, Tableau-da, məlumat vizuallaşdırma elementlərini istədiyiniz kimi dəyişdirməyə, düzəltməyə və yenidən qurmağa imkan verən “drag-and-drop” funksiyası mövcuddur. Və bu, Tableau-u belə vacib məlumat təhlili vasitəsi edən yeganə funksiya deyil.

Tableau-nun müxtəlif formatları mövcuddur.

2. RapidMiner, demək olar ki, hər sahə üçün istifadə edə biləcəyiniz bir çox əlavələr və dərin məlumat təhlili imkanları olan açıq mənbə vasitədir.

RapidMiner əksər analitik prosesləri avtomatlaşdırır. Əməliyyat prosedurlarını sadələşdirir. Platformanın əsas funksiyalar dəstini özündə cəmləyən paneli onunla işi asanlaşdırır. Lakin RapidMiner ucuz bir vasitə deyil. Müxtəlif tarif planlarını təklif edir.

3. Apache Spark güclü açıq mənbə vasitəsidir. Bu xidmətdən nəhəng məlumat dəstlərini müəyyənləşdirmək və müvafiq analitik hesabatlar tərtib etmək üçün istifadə edə bilərsiniz. Platforma SQL, Java, Python, R və Scala da daxil olmaqla bir çox proqramlaşdırma dilləri ilə işləyir.

Sorğu optimizatoru və DAG tənzimləyicisi kimi qabaqcıl texnologiyalara əsaslanan Apache Spark daxili əməliyyatları 100 dəfəyə qədər sürətləndirə bilər. Bu vasitənin başqa bir üstünlüyü isə ondan ibarətdir ki, onu hər cür cihazda, tətbiqdə və əməliyyat sistemlərində işlədə bilərsiniz. Və bu hələ hamısı deyil.

Problemləri izləmək üçün mütəxəssislər birliyi ilə elektron poçtla əlaqə qurmaq və ya Jira-dan istifadə etmək mümkündür.

4. SAS proqramlaşdırma mühiti və məlumatları manipulyasiya etmək üçün dildir. SAS əlverişli və idarəolunandır. O, istənilən mənbədən məlumatları təhlil edə bilər. 2011-ci ildə SAS müştərilərin təhlili üçün geniş çeşidli məhsullar və veb, sosial şəbəkə və marketinq analitikası üçün geniş istifadə olunan çox sayda SAS modullarını təqdim etdi. O, həmçinin davranışlarını proqnozlaşdıra, əlaqələri idarə edə və optimallaşdıra bilər.

Komanda üçün platformanın qiymətini öyrənmək üçün şirkətin veb saytı vasitəsilə onlayn sorğu göndərmək mümkündür.

5. Talend məlumat inteqrasiyasını, filtrasiyasını və idarəetməsini avtomatlaşdırmaq üçün hazırlanmışdır.

Talend-in yaradıcıları onu belə təsvir edirlər: “Talend, məlumatlarınızı bütün bulud provayderləri arasında problemsiz idarə etməyə və bütün platformalarda optimallaşdırılmış performans əldə etməyə imkan verir.”

Talend bütün istifadəçilərə xidmətlərini pulsuz sınaqdan keçirmək imkanı verir. Sınaq müddətindən sonra bir neçə paketdən birini seçə bilərsiniz.

Bunlar isə ilk beşliyə düşməyən, lakin diqqətinizə layiq texnologiyalardan bəziləridir:

KNIME, Qlick, Skytree, lumify, ZOHO, Apache Hadoop.