14.05.2020, 15:10

Proqramlaşdırma üçün mobil tətbiqlər

Hər yerdə və hər zaman kod yazmaq istəyənlər! Bu bloq postumuz sizin üçündür!

Kod yazmaq üçün masa arxasında, kompüter qarşısında əyləşmək istəmirsinizsə, bu tətbiqlərə nəzər salın:

Programming Hub

Programming Hub sürətlə böyüyən mobil təhsil texnologiyalarından biridir.

“Programming Hub: Learn to code” tətbiqi HTML, Javascript, C, C ++, C #, Swift, Python, R Programming, Java, CSS kimi populyar proqramlaşdırma dillərini öyrənmək üçün uyğundur.

Bu kodlaşdırma və proqramlaşdırma tətbiqi tədqiqatlardan istifadə edilərək və Google mütəxəssisləri ilə birgə yaradılmışdır.

Öyrənməyinizi daha maraqlı etmək üçün Programming Hub mütəxəssisləri interaktiv kurslar təklif edirlər. 20-dən çox proqramlaşdırma dillərində 5000-dən çox proqram nümunələri mövcuddur.

Tətbiq həm Android, həm də iOS cihazları üçün əlçatandır.

Pydroid 3

Pydroid 3, Android üçün istifadəsi asan və güclü İnteqrasiya edilmiş inkişaf mühitidir (IDE).

Əsasən təhsilə yönəldilmişdir, lakin təcrübəli istifadəçilərin ehtiyaclarını ödəmək üçün kifayət qədər funksiyaya malikdir. PyQt5, Kivy və Jupyter istifadə edə, həmçinin Matplotlib, Pydroid istifadəsiylə qrafiklər yarada bilərsiniz.

Xüsusiyyətlər:

– Şəbəkəsiz işləyən Python 3.7 interpretatoru.

– GUI üçün tam Tkinter dəstəyi.

– Xüsusiylə Pydroid 3 üçün hazırlanmış C, C ++ və hətta Fortran kompilyatoru.

– Cython dəstəyi və s.

Mimo

Mimo, proqramlaşdırma bacarıqlarınızı inkişaf etdirmək üçün tətbiqdir. Tərcihlərinizə və maraqlarınıza əsaslanaraq sizə uyğun öyrənmə proqramı hazırlanacaq. Android və iOS cihazları üçün əlçatan olan bu tətbiq Python, JavaScript, Ruby, Java, HTML, CSS, Swift, Kotlin, C, C ++, SQL, PHP və s. kurslar təklif edir.

Mimo sadə və əyləncəli şəkildə proqramlaşdırma və kompüter elmlərinin tədrisini təmin edir. «Learn to Code» tədris proqramı ilə HTML, CSS və JavaScript istifadə edərək Web Development-i öyrənəcəksiniz. «Data Science with Python» tədris proqramı ilə Python və SQL istifadə edərək məlumatları necə analiz edəcəyinizi öyrənəcəksiniz. Hətta Google və Netflix-in saytları və ya filmləri tövsiyə etmək üçün big data-dan necə istifadə etdiyini biləcəksiniz.

Tərəqqinizi izləyə, “badge” toplaya və tələbə cəmiyyətinə qoşula bilərsiniz.

Dcoder

Dcoder mobil inkişaf mühitidir. Burada siz mobil cihazlarda proqramlaşdırmadan istifadə edərək kodlaşdıra və alqoritmləri öyrənə bilərsiniz. Kod tərtibatı və alqoritmik həllər proqramlaşdırma bacarıqlarınızı artırmaq üçün hazırlanmışdır.

Tətbiqdə 33-dən çox proqramlaşdırma dilləri mövcuddur: C, C ++, Java, Python, C #, PHP, Ruby, R, Scala, Perl, Pascal, Swift, Kotlin, HTML, CSS və s.