Backend bootcamp

Müraciət et
schedule

Start

3 fevral

schedule

Müddət

3 ay/300 saat

schedule

Tədris qrafiki

I, III, V 16:00-22:00 II, IV 8:30-14:30, VI 9:30-15:30

schedule

Qrup

25 nəfər

Proqram haqqında

BackEnd-ə gələcək peşəyə doğru ciddi bir addım kimi baxırsınız? Javanı dərindən öyrənmək çoxdankı arzunuzdur? Elə bu kurs da həm alqoritmlər, həm də mobil tətbiqlərin və saytların serverləri ilə iş sahəsində ekspert səviyyəsində yetişəcək peşəkar proqramçıların hazırlanmasına hesablanıb.

Burada tələbələr fərdi, ikinəfərlik və böyük qruplarda məşğul olur. Məşğələlər nəzəriyyədən daha çox praktikaya əsaslanır. Materiallar dəqiq və aydın şəkildə təqdim olunur. Hər bir tələbə praktika və canlı nümunələrdən istifadə edərək öyrədilir.

Proqrama ixtisas profili üzrə ali təhsil səviyyəsində tədris olunan “Alqoritmlər” modulu daxildir.

Təlimi başa vuran hər bir məzun freymvorkları, onların Spring və Hibernate kimi məhsullarını bilir. Verilənlər bazası üzrə məlumatlar əldə edir. Tamqiymətli server sistemləri, layihələr yaratmağı bacarır.

Qəbul üçün tələblər:

18 yaşdan başlayaraq

Minimum intermediate səviyyəsində ingilis dili biliyi

Fərdi noutbuk, yaxud kompüterə malik olmaq

İntensiv tədrisə hazırlıq

Təlim məzunlara bunları verir:

girl with laptop
  1. JAVA proqramlaşdırma dilini öyrənərək onunla işləmək bacarığını
  2. Spring IoC, Spring Securety, Hibernate, Spring Data Backend freymvorklarını mənimsəməyi
  3. Alqoritmləri öyrənməyi və proqramların sürətli işini analiz etməyi bacarmağı
  4. Veb-interfeyslər və tətbiqlər hazırlamağı, məlumat bazalarını, dəstlərini idarə etməyi, testləşdirmə aparmağı, proqramları miqyaslaşdırmağı
  5. Sayt və mobil tətbiqlərin təhlükəsizlik sistemlərini qurmağı
  6. Özünü və layihələrini təqdim etmək kimi soft-skills vərdişləri

Proqramlar:

Modul 1.Java Basics

Bura Java proqramlaşdırma dili ilə işləməyin baza prinsiplərinin öyrənilməsi, obyekt yönümlü proqramlaşdırma, siniflərlə, interfeyslərlə, Set, Map, Queue, Stack kolleksiyaları ilə iş vərdişlərinin mənimsənilməsi daxildir. Bu modulda həmçinin lyambda ifadələri, səhvlərin aradan qaldırılması, fayllarla iş də öyrədiləcək.

Modul 2.Alqoritmlər

Alqoritmlər – tələbələrə ali texniki təhsil səviyyəsində bilik və bacarıqlar verən mühüm moduldur. Bu modulun əsasını kompüter elmləri təşkil edir. Onlarsız isə uğurlu proqramlaşdırma həyata keçirmək mümkün deyil. Bu modul üzrə verilən biliklər gələcəkdə istənilən texnologiyanı mənimsəyə bilməkdən ötrü güclü texniki bazanın yaradılmasına xidmət edir. Modul çərçivəsində tələbələr məlumatların əsas struktur və alqoritmlərini, adi və tipik massivləri, əlaqəli siyahıları, yığımları, növbələri, assosiativ massivləri mənimsəyəcəklər. Onlar həmçinin hashing, qrafalar, DFS və BFS, dinamik proqramlaşdırma, proqramlaşdırma ağacları, keş alqoritmləri və s. məsələlərlə tanış olacaqlar.

Bu modulu başa vurduqdan sonra tələbə mürəkkəb alqoritmləri dəqiq təsəvvür edə, proqramların sürətli işini analiz edə biləcək.

Modul 3.Java Web

Bu modulun məqsədi tələbələrə web-tətbiqlərin server hissələrini hazırlayaraq işə salmağı, verilənlər bazası yaratmağı, onların cədvəlləri arasındakı qarşılıqlı təsirləri tənzimləməyi, serverə sorğu göndərməyi və sorğu qəbul etməyi öyrətməkdir.

Tələbələr bu istiqamətlər üzrə aşağıdakı istiqamətlər üzrə təcrübə qazanacaqlar:

  • Maven layihələrinin toplusu
  • Servlet API, Jettyserver
  • SQL sorğuları
  • verilənlər bazaları üçün sxemlərin yaradılması
  • çıxış səviyyələrini paylaşdırmaq
  • Servlet filters
  • cookies
  • identifikasiya

Modul 4.Java Frameworks, Multithreading

Java EE-i biz tamqiymətli server sistemi yazmaqla öyrənəcəyik. Spring IoC, Spring Securety, Hibernate, Spring Data freymvorkları ilə, SQL, NoSql verilənlər bazaları, bir neçə əməliyyatın paralel tamamlanması üçün çoxşaxəli istiqamətlərlə işləyəcəyik. Bu sahədə tətbiq edilən mövcud standartların ən aydın şəkildə anlaşılması üçün müasir freymvorklarla işin nəzəriyyə və prinsiplərini təhlil edəcəyik.

Tələbələr müştərək proqramlaşdırma ilə məşğul olacaq, layihələrə yönələcək, kodların üslubunu, identifikasiya və avtorizasiyanı, cookies-i, onlayn mağazalar yaratmağı öyrənəcəklər.

Vorkşop.Business Intelligence, Mobile Application

Bütün modullar üzrə təhsil alan tələbələr İT sahəsində beynəlxalq ekspertlərin təşkil etdikləri workşop və vebinarlarda iştirak edəcəklər.

“Business İntelligence” mövzusunda vorkşop

Tələbələr “Business İntelligence” (Bİ) sferası və analitik məlumatlar üzrə anlayışlar əldə edəcək, biznes-analizin inkişafı və onun istifadəsini öyrənəcəklər. Əsas mövzular: texnologiya, qorunan məlumatların realizasiyası üçün ideyalar, məlumatların vizualizasiyası və Bİ-nin gələcək iqtiqamətləri.

Tələbələr nələri öyrənəcəklər:

  • Biznes-analiz anlayışının formulə edilməsi
  • Məlumat analizi üçün yeni alətlər haqqında biliklər
  • Məlumatların realizasiyasından ötrü ideyaların toplanması
  • Bu sferanın öyrənilməsinin perspektivləri haqqında müzakirələr

“Mobile Development на базе React Native” mövzusunda vorkşop

React Native eyni bir proqramlaşdırma dilinin həm Android, həm də IOS sistemində mobil tətbiqlərin yaradılması zamanı istifadəsinə imkan verən freymvorkdur.

Vorkşopda bu mövzular nəzərdən keçiriləcək:

  • React və React Native-in əsas fərqləri
  • Çevrənin qurulması
  • Android və IOS üçün quruluş layihələrinin yaradılması
  • Xüsusi alətlərdən istifadə
  • Tətbiqlərin saf-çürük edilməsi

“Node JS” mövzusunda vorkşop

“Node JS” JavaScriptin daha geniş spektrdə istifadəsinə imkan verən platformadır. Node JS sayəsində BackEnd dillərini dərindən öyrənmədən də tətbiqlərin server hissəsini hazırlamaq mümkün olur

  • Tədbirlər bunları əhatə edir
  • Node.js platformasına giriş
  • Proqramlaşdırma üçün vasitə və alətlərin qurulması
  • Tətbiqlərin təşkili, modul yanaşması
  • Terminallarla iş
  • Sadə veb-serverlərin təşkili, http-sorğularla iş
  • Tədbirlərin tərtibi (Event Loop işinin özəllikləri)
  • Express freymvorku

Soft skills, Texniki, ingilis dili və müsahibələrə hazırlıq

Təlimlər arasında tələbələr öz fərdi keyfiyyətlərinin inkişafına başlayacaq və layihələrin təqdim edilməsinə hazırlaşacaqlar. Biz reallığa maksimum yaxın tərzdə tamqiymətli müsahibə şəraiti yaradırıq. Hər tələbə üçün rezüme tərtib edir, onu öz layihə və brendlərini uğurlu şəkildə təqdim etməyə hazırlayırıq.

Son layihə

Tələbələr komandası kompleks final layihələr üzərində müəllimin, mentorun və kurs koordinatorunun həftəlik nəzarəti altında çalışacaqlar. 2.5 aydan sonra tələbələr planlaşdırmadan demo-versiyaya qədər öz layihələrini təqdim edəcəklər.

Bütün proqrama baxın

Ərizə göndər

IBA Tech Akademiyası qrafik və dərs cədvəlində dəyişiklik etmək hüququna malikdir

Hörmətli namizəd!

Çox təəssüf ki, proqramımıza qəbul 15 yanvar 2020-cu il tarixindən etibarən başa çatıb. :(

Sizi IBA Tech Akademiyasının növbəti proqramlarında səbrsizliklə gözləyirik.