Data Analytics

Müraciət et
schedule

Start

6 aprel

schedule

Müddət

300 saat/ 3 ay

schedule

Tədris qrafiki

II, IV, VI 16:00-22:00 və ya I, III, V 8:30-14:30

schedule

Qrup

25 nəfər

Proqram haqqında

Texniki baza biliklərinə malik olan və biznes-analitika, məlumat analizi sahəsində peşəkar inkişafa çalışan hər kəs üçün bu kurs çox uyğundur.

Qəbul zamanı kompüter elmləri ilə tanışlığı olan tələbələrə üstünlük veriləcək. Proqram modulları server bazası və texniki xidmətdən başlamış məlumatların qorunması konsepsiyası və əsas hesabat alətlərinə qədər müxtəlif istiqamətləri əhatə edəcək.

Data Analytics kursu müasir data-analizi dünyasına inteqrasiya olunaraq tələbəni növbəti 5 il üzrə bazar çağırışlarına tam hazırlayır. Proqramı uğurla başa vuran hər kəs informasiya texnologiyaları dünyasına çıxış üçün zəruri alətlər əldə edəcək. Biznes-analitika sahəsində peşəkar mütəxəssis kimi böyük həcmdə məlumatların analizini, onların nəticələrinin biznesdə tətbiqini bacaracaq.

Qəbul üçün tələblər:

18 yaşdan başlayaraq

Minimum intermediate səviyyəsində ingilis dili biliyi

Fərdi noutbuk, yaxud kompüterə malik olmaq

İntensiv tədrisə hazırlıq

Proqram zamanı bunları öyrənəcəksiniz:

girl with laptop
  1. məlumat bazasına dair əsas biliklər;
  2. bazanın proqramlaşdırılması sahəsində bilik və bacarıqların genişləndirilməsi;
  3. məlumatların modelləşdirilməsi, birləşdirilməsi və təqdimatı formasının təyin edilməsi;
  4. dinamik informasiya tablosunun qurulması və tətbiqi üçün müvafiq alətlərdən istifadənin öyrənilməsi;
  5. məlumat saxlanması metodologiyası və ETL dəstəyi üzrə dərin biliklər;
  6. hesabatlılıq sahəsində peşəkar yanaşmalar üzrə biliklər: PowerBI, Tableau və s.;
  7. iT layihələrinin uğurla həyata keçirilməsindən ötrü biznes-analitika üzrə bütün zəruri bilik və bacarıqları əldə etmək.

Proqramlar

Modul 1. Giriş və SQL üzrə baza anlayışları

Bu modul verilənlər bazası və populyar SQL dili ilə tanış edir. SQL-dən istifadə etməklə tələbələr verilənlər bazası cədvəllərində məlumatları necə çıxarmağı, daxil etməyi və yeniləməyi öyrənəcəklər. Bundan başqa, ayrıca məlumatları bir neçə cədvəldə birləşdirmə, mövzulara görə sıralama və qruplaşdırma bacarığına yiyələnəcəklər.

Modulun sonunda tələbələr məlumatları necə saxlayacaqlarını və SQL-dən yararlanmaqla manipulyasiya etməyi biləcəklər.

Modul 2. SQL biliklərinin inkişafı, məlumatların inteqrasiyası və saxlanması

Bu modulda SQL dünyası araşdırılacaq, inkişaf etmiş xüsusiyyətlər öyrəniləcək, məlumatların inteqrasiyası prosesləri qurulacaq, məlumat anbarı tətbiqi yaradılacaq. Tətbiqin yaradılmasından ötrü SQL funksiyaları, prosedurları əsas vasitə kimi götürüləcək.

Modulu uğurla tamamlayan hər bir tələbə məlumatların saxlanmasından ötrü canlı, hərtərəfli bir tətbiq yaradaraq inkişaf etdirə biləcək.

Modul 3. Hesabatlıq və biznes-analitika

Əvvəlki modulda yaradılmış infrastrukturdan, PowerBI, Tableau və s. hesabat alətlərindən istifadə edərək məlumatların necə çıxarılacağı və görüntülənməsi öyrədiləcək.

Həmçinin daha qabaqcıl analitik metodlar araşdırılacaq:

  • məlumatların modelləşdirilməsi;
  • A/B testi
  • iş xəbərdarlıqları;
  • hesabat vasitələrinin inkişaf etmiş funksiyaları.

Modul 4. Yekun layihə

Üç modul üzrə əldə edilmiş bilikləri birləşdirərək, hər tələbə müvafiq sifarişlərə əsasən son layihəsini hazırlayacaq və təqdim edəcək. Bu layihələr tələbənin bilik və bacarıqlarını əks etdirəcək.

Tələbələr bununla öz layihələrini sadə və anlaşıqlı dildə təqdim etməyi də öyrənəcəklər.

Bütün proqrama baxın

Ərizə göndər

Gmail poçt ünvanı daha məqsədəuyğundur

IBA Tech Akademiyası qrafik və dərs cədvəlində dəyişiklik etmək hüququna malikdir

BəliXeyr

Hörmətli namizəd!

Çox təəssüf ki, proqramımıza qəbul 29 fevral 2020-cu il tarixindən etibarən başa çatıb. :(

Sizi IBA Tech Akademiyasının növbəti proqramlarında səbrsizliklə gözləyirik.