Frontend bootcamp

MÜRACIƏT ET
schedule

Start

10 oktyabr

schedule

Müddət

2,5 ay/300 saat

schedule

Tədris qrafiki

I, III, V 15:00-21:00 II, IV 8:30-14:30, VI 9:30-15:30

schedule

Qrup

25 nəfər

Proqram haqqında

Frontend proqramlaşdırma sferasına yeni başlayan şəxslər üçün nəzərdə tutulmuş proqramdır. Məsələləri yaradıcı şəkildə həll etməyi sevən, saytların vizual, müştəri və ziyarətçi hissələri üzərində çalışmaq istəyən hər kəsə bu kurs tövsiyə edilir. Kurs proqramı bu sahədə bilik səviyyənizi yüksəltməyə kömək göstərəcək. Hər zaman yanınızda olan mentorlar isə bütün vacib bilikləri əldə etməyinizə dəstək verəcəklər.

Biz bu proqram çərçivəsində ən populyar proqramlaşdırma dillərindən JavaScripti, React.js-i öyrənəcək, Git-lə işləyəcəyik. Kursda İsrail proqramçılarının real həyatdan seçdikləri və sektordakı son standartlara uyğun nümunələr illüstrasiya olunacaq.

Tələbələr 5 modulu özündə birləşdirən proqram keçəcəklər. Bundan başqa, BackEnd əsasında Node JS, Mobile App, Business İntelligent-lə bağlı vorkşoplar təşkil olunacaq. Tələbələr mürəkkəb tapşırıqları fərdi və ya qruplar şəklində həll edəcək, qazandıqları bilikləri öz layihələrində təqdim etmək şansı qazanacaq, beləliklə layihələrini və özlərini təqdim etmək imkanına malik olacaqlar.

Qəbul üçün tələblər:

18 yaşdan başlayaraq;

Minimum intermediate səviyyəsində ingilis dili biliyi;

Fərdi noutbuk, yaxud kompüterə malik olmaq;

İntensiv tədrisə hazırlıq;

Təlim məzunlara bunları verir:

guy with laptop
  1. Populyar proqramlaşdırma dillərindən olan JavaScript-i öyrənərək onunla ən yüksək səviyyədə işləmə bacarığı;
  2. Real tətbiqlər kontekstində müştəri xidməti arxitekturasının iş məntiqini anlamaq;
  3. React.js freymvorku ilə çalışmağı bacarmaq, sıfırdan tətbiqlər yaratmaq, testlər yazmaq;
  4. Nəzarət sisteminin GİT versiyası ilə işləmək;
  5. Veb-interfeyslər və veb-tətbiqlər hazırlamaq;
  6. Yad kodları onların necə çalışdığını anlayaraq oxuya bilmək;
  7. Soft-skills vərdişlər qazanmaq, müsahibələrə hazır olmaq, özünü və layihələrini uğurla təqdim etməyi bacarmaq.

Programma

Modul 1.HTML, CSS əsasında

HTML veb-səhifələrin məntiqi işarələnməsi vasitəsidir. İşarələmə strukturundan istifadə etməklə məlumatları səhifəyə daxil etmək olur. Birinci modul müddətində tələbələr HTML teqlərindən istifadə etməklə bu strukturun təsvirini öyrənməyə başlayacaqlar.

Birinci modulda həmçinin tələbələr CSS-in əsaslarını öyrənəcəklər. Bu brauzeri HTML teqlərinin təsviri ilə düzgün məlumatlandırma yollarını anlamaqdan ötrü lazımdır. Bunu bilmək razılaşdırılmış maket üzrə gözəl bir səhifənin yaradılmasına kömək göstərir.

Bu istiqamətdə tədrisə aşağıdakılar daxildir:

  • Proqramçının əsas alətləri;
  • CSS selektorları, onların həcmi, elementlərin hesablanması qaydaları;
  • Səhifədə blokların ölçü və vəziyyətinin idarə olunması;
  • Elementlərin blok modeli: sərhədlər, girintilər;
  • CSS 3 və HTML 5 standartları ilə iş;
  • Baza animasiyaları;
  • Sistem nəzarəti versiyası ilə işin əsasları.

Modul 2.Java Scriptin əsasları

HTML saytın sxemini yaradır, CSS onun zahiri görkəmini formalaşdırır, JavaScript isə onları hərəkətə gətirir.

JavaScript-in köməyi ilə proqramçı saytın istifadəçidə hansı reaksiyanı yaradacağını müəyyən edə bilir. Bu modul tələbələri Java Script dilinin sintaksisi ilə tanış edir. Onlara bu dildən istifadə edərək ilk interaktiv səhifələrini yazmağa kömək göstərir.

Tələbələr aşağıdakı istiqamətlər üzrə təcrübə qazanırlar:

  • Məlumat tipləri, onların fərqi və tətbiq dairəsi;
  • Məlumat tiplərinin çevrilməsi;
  • Məlumat tiplərinin adlandırılması hüququ;
  • Şərtlər, operatorlar, massivlər, tsikllər, funksiyalar;
  • Dəyişikliklərin əhatə dairəsi;
  • Funksiyaların tamamlanma konteksti;
  • İdarə edilən konstruksiyalar;
  • Obyekt modeli;
  • Obyekt modelinin pəncərəsi;
  • Localstorage/Sessionstorage
  • Brauzer hadisələri, maus və klaviatura düymələrinin sıxılmasının ekranda əks olunması;
  • Kitabxanaya qoşulma və ondan istifadə;
  • JQuery plagini ilə işin əsasları.

Bundan başqa, tələbələr tədbirlərin sxemi qaydaları (event loop) və geri zəng (callback) funksiyaları ilə tanış olacaqlar. Kurs müddətində tələbələr tərtibat mötərizələri, debuglarla tanış olacaq, kodları səhv predmetlər üzərində yoxlayacaqlar.

Birinci iki modul başa çatdıqdan sonra tələbələr lazımi sxemdə səhifələr yaradaraq ona interaktivlik verə biləcəklər.

Modul 3.Advanced HTML/CSS

İstənilən internet səhifəsi gərək istifadəçilər üçün rahat olsun və bütün bölmələri cəlbedici, oxunaqlı görünsün. Ona görə proqram modulları sırasına səhifələmə modulu da əlavə edilib.

Tələbələr bu istiqamətdə aşağıdakı bilik və bacarıqları əldə edəcəklər:

  • SCSS, SASS prosessorları;
  • BEM metodologiyası;
  • Piksel dəqiqliyi ilə səhifələmə;
  • Adaptiv səhifələmə;
  • Mobile first səhifələmə;
  • Layihələr yığını, Gulp və onun modulları;
  • Bootstrap 4-ün əsasları;
  • Git nəzarət sistemi versiyasından istifadənin inkişafı.

Modul 4.Advanced Java Script

Bu modul obyekt yönümlü proqramlaşdırma, layihələrin baza şablonları, funksional proqramların əsasları, ES6/ES7 (ECMAScript), MVC arxitekturasının imkanları ilə bağlı dərin biliklərin əldə olunmasına kömək göstərir.

Bu modulda aşağıdakılar nəzərdən keçiriləcək:

  • Destrukturizasiya;
  • Kontekstin yerinə yetirilməsi – call metodu, apply, bind;
  • Qısaqapanma;
  • “Zibil yığımı” işi;
  • Səhvlərin email;
  • Obyekt yönümlü proqramlaşdırmanın əsasları;
  • Prototipləşdirmə;
  • EcmaScript6 standartları sinfi;
  • Drag&Drop
  • Müştəri xidməti arxitekturasının əsasları;
  • Müntəzəm ifadələrin əsasları;
  • POST, PUT, DELETE sorğuları;
  • HTTP protokolu;
  • Cookies;
  • Async/Await

Tələbələri bu modulda Web Workers API, WebSocket, JSON, AJAX, XMLHttpRequest, Promise, Single Page Application, RESTful API haqqında ümumi məlumatlar gözləyir.

Modul bu fəaliyyət sahəsində ən son standartlar əsasında tərtib edilib.

Modul 5.React.js kitabxanası ilə işin əsasları

Bu modulda React.js-in köməyi ilə mürəkkəb veb-tətbiqlərin yaradılması öyrədiləcək. Tələbələr sayt və tətbiqlərin yaradılması zamanı yeni və innovativ yanaşmalar haqqında bilik və bacarıqlar qazanacaqlar.

Modul aşağıdakı mövzuları özündə birləşdirir:

  • JSX səhifələməsi;
  • Virtual DOM;
  • Components;
  • Props-la iş /State komponenti;
  • React Router;
  • React Forms;
  • React hooks;
  • Redux;
  • ImmutableJS və React / Redux tətbiqləri.

Əlavə vərdişlər

Kurs nəzarət sisteminin Git versiyasının öyrədilməsini nəzərdə tutur. Bu sahədə biliklər komanda işinin mükəmməl şəkildə qurulmasına kömək göstərir.

  • Git Bash-la işləmək imkanı;
  • Məlumat toplusu silinmə serverinə göndərilənə qədər onun yaradılması prosesindən workflow əməliyyatı;
  • Budaqlarla iş;
  • Konfiqurasiya faylları ilə iş.

Vorkşop

Bütün modullar üzrə təhsil alan tələbələr İT sahəsində beynəlxalq ekspertlərin təşkil etdikləri workşop və vebinarlarda iştirak edəcəklər.

“Business İntelligence” mövzusunda vorkşop

СTələbələr “Business İntelligence” (Bİ) sferası və analitik məlumatlar üzrə anlayışlar əldə edəcək, biznes-analizin inkişafı və onun istifadəsini öyrənəcəklər. Əsas mövzular: texnologiya, qorunan məlumatların realizasiyası üçün ideyalar, məlumatların vizualizasiyası və Bİ-nin gələcək iqtiqamətləri.

Tələbələr nələri öyrənəcəklər:

  • Biznes-analiz anlayışının formulə edilməsi;
  • Məlumat analizi üçün yeni alətlər haqqında biliklər;
  • Məlumatların realizasiyasından ötrü ideyaların toplanması;
  • Bu sferanın öyrənilməsinin perspektivləri haqqında müzakirələr;

“Mobile Development на базе React Native” mövzusunda vorkşop

React Native eyni bir proqramlaşdırma dilinin həm Android, həm də IOS sistemində mobil tətbiqlərin yaradılması zamanı istifadəsinə imkan verən freymvorkdur.

Vorkşopda bu mövzular nəzərdən keçiriləcək:

  • React və React Native-in əsas fərqləri;
  • Çevrənin qurulması;
  • Android və IOS üçün quruluş layihələrinin yaradılması;
  • Xüsusi alətlərdən istifadə;
  • Tətbiqlərin saf-çürük edilməsi.

“Node JS” mövzusunda vorkşop

“Node JS” JavaScriptin daha geniş spektrdə istifadəsinə imkan verən platformadır. Node JS sayəsində BackEnd dillərini dərindən öyrənmədən də tətbiqlərin server hissəsini hazırlamaq mümkün olur.

Tədbirlər bunları əhatə edir:

  • Node.js platformasına giriş;
  • Proqramlaşdırma üçün vasitə və alətlərin qurulması;
  • Tətbiqlərin təşkili, modul yanaşması;
  • Terminallarla iş;
  • Sadə veb-serverlərin təşkili, http-sorğularla iş;
  • Tədbirlərin tərtibi (Event Loop işinin özəllikləri);
  • Express freymvorku;
  • Node.js tətbiqinin Heroku bulud servisində yerləşdirilməsi.

Soft skills, Texniki, ingilis dili və müsahibələrə hazırlıq

Kurslar arasında tələbələr öz fərdi keyfiyyətlərinin inkişafına başlayacaq və layihələrin təqdim edilməsinə hazırlaşacaqlar. Biz reallığa maksimum yaxın tərzdə tamqiymətli müsahibə şəraiti yaradırıq. Hər tələbə üçün rezüme tərtib edir, onu öz layihə və brendlərini uğurlu şəkildə təqdim etməyə hazırlayırıq.

Son layihə

Tələbələr komandası kompleks final layihələr üzərində müəllimin, mentorun və kurs koordinatorunun həftəlik nəzarəti altında çalışacaqlar. 2.5 aydan sonra tələbələr planlaşdırmadan demo-versiyaya qədər öz layihələrini təqdim edəcəklər.

Bütün proqrama baxın

Ərizə göndər

Gmail poçt ünvanı daha məqsədəuyğundur

IBA Tech Akademiyası qrafik və dərs cədvəlində dəyişiklik etmək hüququna malikdir

BəliXeyr

Hörmətli namizəd!

Çox təəssüf ki, proqramımıza qəbul 29 fevral 2020-cu il tarixindən etibarən başa çatıb. :(

Sizi IBA Tech Akademiyasının növbəti proqramlarında səbrsizliklə gözləyirik.