Cyber Security&Sysadmin

Müraciət et
schedule

Başlanğıc

6 aprel

schedule

Müddət

250 saat/ 3 ay

schedule

Tədris qrafiki

II, IV, VI 16:00-22:00 və ya I, III, V 8:30-14:30

schedule

Qrup

25 nəfər

Proqram haqqında

Kibertəhlükələr İT mühitində getdikcə artan problemə çevrilir. Ona görə şəbəkə təhlükəsizliyi mütəxəssislərinə tələb də artır. Bu perspektivli ixtisasa yiyələnənlərdən biri də Siz ola bilərsiniz. “Kiber təhlükəsizlik & Sysadmin” kursu məlumatların qorunmasını təmin edəcək kadrların hazırlanması üçündür.

Kursun proqramı elə tərtib olunub  ki, real nümunələr əsasında  OS Windows və Linux-un maksimum effektivliklə idarə edilməsini öyrənmək, gözlənilən hücumların qarşısını almaqdan ötrü lazımi bilik və bacarıqlara  yiyələnmək olar.

250 saat ərzində tələbələr şəbəkə menecmentinin əsaslarını tam mənimsəyəcəklər. Fərdi olaraq karyera menecerləri ilə görüş və müsahibələrə hazırlaşacaqlar. Microsoft, CISCO və s. üzrə rəsmi sertifikat almaq istəyən tələbələr kursun sonunda müvafiq imtahanları özləri verə biləcəklər.

Qəbul üçün tələblər

18 yaşdan başlayaraq

Minimum Intermediate səviyyəsindən az olmayan ingilis dili biliyi

Fərdi notbuk, yaxud kompüterə malik olması

İntensiv tədrisə hazır olmaq

Kurs tələbələrə bunları qazandıracaq:

girl with laptop
  1. kompüter şəbəkəsini, virtualizasiyanı öyrənməyi;
  2. Windows və Linux əməliyyat sistemlərinin bazasında serveri idarə etməyi bacarmağı, həmçinin müxtəlif şəbəkə problemlərini, baş vermiş nasazlıqları vaxtında müəyyənləşdirərək həll etməyi;
  3. müasir avadanlıqlardan istifadə etməklə istənilən mürəkkəb şəraitdə lokal şəbəkələr layihələndirərək qurmağı;
  4. şəbəkənin təhlükəsizlik sistemini konfiqurasiya və idarə etməyi;
  5. lazımi şəbəkə xidmətlərini yerləşdirməyi, texniki baxımdan dəstəkləməyi, şəbəkə mənbələrinə etibarlı və səmərəli girişi təmin etməyi;
  6. kiber təhlükəsizliyin prinsiplərini, mühafizə metodlarını öyrənməyi, kiber-hücumların risk dərəcəsini qiymətləndirməyi;
  7. hələ kifayət sayda mütəxəssisin olmadığı bir sahənin peşəkarına çevrilməyi və kursdan dərhal sonra iş təklifləri almağı;
  8. microsoft mcsa, lpı 101, cısco ccna üzrə sertifikasiya imtahanlarına hazırlaşmağı.

Proqramlar

Modul 1. Giriş

Bu modul tələbələrə şəbəkə və kibertəhlükəsizlik haqqında əsas anlayışları öyrədir. Onlar virtualizasiya, Windows və Linux əməliyyat sistemləri haqqında baza biliklərinə də yiyələnirlər.

Modulun mövzuları:

Əsas şəbəkələr

  • Hardware & Software-nin əsasları;
  • Şəbəkə kommunikasiya modelləri: OSI,TCP/IP;
  • Protokollar və əlaqələr: TCP vs. UDP, DNS, URLs & HTTP;
  • Lokal, qlobal və şəbəkə ünvanlanması;
  • Rabitənin şaxələnməsi: şəbəkə trafikinin analizi, Wireshark.

Virtualizasiya və Windows əməliyyat sistemləri

  • Virtualizasiyanın əsasları;
  • Virtual maşınların addım-addım quraşdırılması;
  • Baza virtual laboratoriyasının quraşdırılması;
  • Windows əməliyyat sistemlərinin əsasları.

Linux əməliyyat sistemi

  • Linux əməliyyat sisteminin strukturu;
  • Linux qovluq və fayllarının yaradılması, idarə edilməsi;
  • Linux-in icazə və sistem xidmətinin idarə edilməsi;
  • Linux-də baza şəbəkələr (ping&more);
  • Linux-in (Bash) dil ssenariləri.

Kibertəhlükəsizliyə giriş

  • Kibertəhlükəsizliyin prinsipləri;
  • Dünya üzrə hücumlar;
  • Kibertəhlükəsizlikdən müdafiə metodları;
  • Risklərin qiymətləndirilməsi;
  • Kiber-hücum demosu.

Modul 2. Əməliyyat sistemləri

Şagirdlər Microsoft və Linux-lə işə diqqətlə yanaşmağı, fayllarla işləməyi, modul və xidmətlərin idarə olunmasını, bash-skript yazmağı, həmçinin əməliyyat sisteminin müxtəlif parametrlərinin düzgün qurulmasını öyrənəcəklər.

Modul mövzuları:

Microsoft Server 2012 (MCSA)

  • Windows Server 2012-in planlanması, quraşdırılması və tənzimlənməsi;
  • Active Directory nəzarət domeninin quraşdırılması və tənzimlənməsi;
  • Active Directory xidmətinin obyekt və idarəetməsi üzrə administrativ işlər;
  • Administrativ tapşırıqların avtomatizasiyası;
  • DHCP, DNS-in quraşdırılması, tənzimlənməsi, idarə olunması;
  • Disk məkanlarının, fayl və çap xidmətlərinin quraşdırılması;
  • Quraşdırma və administrasiya qrupları üzrə siyasətlər;
  • Virtual serverlərin quraşdırılması və tənzimlənməsi;
  • İstifadəçilərin uçot qeydlərinin və xidmətlərin idarə edilməsi;
  • Şəbəkə xidmətlərinin və silinmiş çıxış imkanlarının idarə olunması;
  • Əməliyyat sistemlərinin və obrazların yenilənməsi.
  • Sistem resurslarının monitorinqi;
  • IPAM, iSCSI, Isn-in tənzimlənməsi;
  • DAC-ın idarə edilməsi;
  • Hyper-V virtual maşınının quraşdırılması;
  • NLB-nin idarə edilməsi;
  • Qəza zamanı Windows serverlərinin qorunması və bərpası.

Linux-in əsasları

  • Linux terminalının sistem administrasiyasının, faylların və qovluqların idarə edilməsinin tənzimlənməsi;
  • Linux-də kibertəhlükəsizlik.

Modul 3. Kompüter netvorkinqi

Şagirdlər şəbəkənin əsasları,  infrastruktur haqqında bilgilər əldə edəcək, şəbəkə sistemlərini effektiv şəkildə konfiqurasiya və idarə etməyi, şəbəkədə yaranan problemləri aradan qaldırmağı öyrənəcəklər.

Modul mövzuları:

Networking – CCNA (Cisco Certified Network Administration)

  • Şəbəkədə işin əsasları;
  • Cisco qurğularının və komandalarının əsasları;
  • IPv4, IPv6 şəbəkəsinin tənzimlənməsi;
  • İnfrastruktur xidmətləri;
  • Lokal şəbəkələrin kommutizasiya, marşrutizasiyasının və NAT-ın əsasları;
  • Şəbəkə infrastrukturuna dəstək;
  • Şəbəkə təhlükəsizliyinin genişləndirilməsi və şəbəkədə yaranmış problemlərin aradan qaldırılması;
  • Cisco, STP və digər kommutatorlarda VLAN-ın idarə edilməsi;
  • Servislər infrastrukturunun tənzimlənməsi;
  • QoS konsepsiyasının təsviri;
  • Maintance infrastrukturu;
  • Şəbəkə proqramlaşdırması;
  • WAN və marşrutizasiyasının texnologiyası.

Şəbəkə təhlükəsizliyinə giriş

  • Təhlükəsizlik təhdidləri;
  • Kriptoqrafiya;
  • Şəbəkə hücumlarının alətləri;
  • Həcmli hücumlar;
  • Man-In-The-Middle (MITM) Attack.

Modul 4. Yekun imtahan

Kursun sonunda tələbələr təlim zamanı qazandıqları bilikləri sınamaq üçün texniki imtahan verirlər.

Bütün proqrama baxın

Ərizə göndər

Gmail poçt ünvanı daha məqsədəuyğundur

IBA Tech Akademiyası qrafik və dərs cədvəlində dəyişiklik etmək hüququna malikdir

BəliXeyr

Hörmətli namizəd!

Çox təəssüf ki, proqramımıza qəbul 29 fevral 2020-cu il tarixindən etibarən başa çatıb. :(

Sizi IBA Tech Akademiyasının növbəti proqramlarında səbrsizliklə gözləyirik.